Dövlət Gömrük Komitəsi "GİLTEX" şirkətinin fəaliyyətində nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Protokol şirkətin gömrük qaydalarını pozduğu üçün tərtib olunub.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İş hakim Ramiz Quliyevin sədrliyi ilə araşdırılacaq.

Şirkətin barəsində tərtib olunan cərimə protokolunda deyilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "GİLTEX" 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan GİLAN TEKSTİL PARKI müəssisəsinin ticarət nişanıdır.