Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.

Bu barədə İqtisadiyyat.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

5 km dərinlikdə qeydə alınan zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.