Qırğız Respublikasının Prezidenti Sadır Japarovun qardaşı oğlu Ulan Japarov Qırğızıstanda saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sputnik Qırğızıstan Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, o, ağır cinayət törətdiyinə görə avqustun 19-dək həbs edilib.

“Xəsarət alan tərəfə xüsusilə külli miqdarda maddi ziyan dəyib. Dövlət başçısının qohumu avqustun 19-dək həbsdə saxlanılacaq”, - nəşr yazır.

Xatırladaq ki, 2023-cü ilin iyununda Ulan Japarov korrupsiya işi ilə bağlı da saxlanılıb. Oktyabrda məhkəmə onun barəsində həbs-qətimkan tədbirini ev dustaqlığına dəyişdirib.

 

Sadiq Cavadov