YAP-ın deputatlığa namizədlərinin siyahısında Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı, Komitənin keçmiş sədr müavini Səyyad Aranın adı var.

İqtisadiyyat.az xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü Musa Quliyev İdarə Heyətinin iclasından sonra APA-ya açıqlamasında deyib.

O, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və AMEA prezidenti İsa Həbibbəylinin adının isə YAP-ın siyahısında olmadığını bildirib.

“Veteran YAP-çıların adı yenidən siyahıya daxil edilib. Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Eyvaz Qurbanovun adı YAP-ın namizədlər siyahısında var. Bu da onu göstərir ki, partiya öz veteranlarını unutmur. Vasif Talıbov, İsa Həbibbəylinin adı siyahıda yoxdur, Eldar İbrahimovun adı isə namizədlər siyahısına daxil edilib”, - deyə o qeyd edib.