Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, onların arasında keçmiş deputatlar Əhməd Vəliyevin oğlu Samir Vəliyev və Tahir Süleymanovun oğlu Mahir Süleymanov da var.

Vəliyev Samir Əhməd oğlunun namizədliyi 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə, Süleymanlı Mahir Tahir oğlunun namizədliyi isə 56 saylı Şabran - Xaçmaz seçki dairəsindən irəli sürülüb.

Xatırladaq ki, Ə.Vəliyev 2005-2010-cu illərdə, T.Süleymanov isə 2000-2020-ci illərdə Milli Məclisin deputatı olub.