Azərbaycan Texniki Universitetində (AzTU) ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar və hazırda onların səhhəti normaldır.

"Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib", - məlumatda bildirilib.

Xatırladaq ki, bundan əlavə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının üç tələbəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) isə bir tələbəsində qızılca aşkar edilib.