Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində yerli jurnalistlərin Osmaniyedəki mətbəələri, kamera, fotoaparat və kompüter kimi texniki avadanlıqları da dağıntılar altında qalıb.


"Dağıntılar altında qalan 48 illik xatirələr"

 

Osmaniyənin Şehit Bəkir Evirgen küçəsində yerləşən “Yeni Baxış” qəzeti və Osmaniyə Şairlər və Yazarlar Dərnəyinin (OŞYAD) ofisi də zəlzələ nəticəsində dağılıb. Qəzet avadanlıqlarını və kitablarını itirən dərnək üzvü Mustafa Bardak dağıntılar altında qalan 48 illik xatirələrini axtarmağa başlayıb.

“Ofisimizdə 4000 kitab, 2 kompüterimiz var idi, 25 ildir fasiləsiz olaraq “Çörək mükafatı” şeir yarışması keçiririk. Covid-19 dövründə belə yarışmada mükafatları payladıq. Bu tədbirə 4 min 127 nəfər qatılıb. 

“Təqvim və qələmimdən başqa bir xatirəm də qalmayıb”

 

Kövrələrək danışan Mustafa Bardak yekun fikirlərini bu cür ifadə edib - “burada olan xatirələrimiz istər şairlərin xatirələri olsun, istər kitablarım, istərsə də üzərimdə daşıdığım bu qələm, çap etdiklərim və çap olunmayanlar, bir dənə də olsun qalmadı. Hər şey zəlzələ ilə yox oldu.Mənim köhnə kitablarımdan biri "Qan içində üsyanlar" idi.Bütün işlərimi çap və əl çapı ilə görmüşəm.Bir sözlə hər şey dağıntılar altında qaldı. Bu zəlzələ sayəsində həyatımızı sıfırladığımızı deyə bilərəm.Amma yenə də təslim olmadıq. Mübarizə aparacağıq.”