"Husilərin gəmilərə hücumlarının artması ilə əlaqədar Qırmızı dənizdəki böhran neft daşınması üçün ciddi risklər yaradır və bu, qiymət dəyişikliklərinə səbəb ola bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerikanın “Chevron” neft şirkətinin rəhbəri Maykl Virt Dünya İqtisadi Forumu çərçivəsində "CNBC" telekanalına müsahibəsində deyib.

“Bu, çox ciddi vəziyyətdir və getdikcə pisləşir. Qırmızı dəniz vasitəsilə çoxlu neft tranzit edilir. Biz həqiqətən vəziyyəti çox yaxından izləməliyik. Chevron bu dəniz vasitəsilə neft nəqlini davam etdirir və ABŞ Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq edir", - deyə o, bildirib.

 

Gözəl Həşimova