Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə koronavirus epidemiyasının ikinci dalğası barədə xəbərdarlıq edib.
BBC məlumat verir ki, o, artıq koronavirusun ikinci dalğasının gəldiyini deyib:
“İndi ikinci dalğa ilə qarşılaşırıq. Bu, tamamilə qaçınılmazdır - bununla qarşılaşacağıq”.
Britaniyalı baş nazir əlavə edib ki, COVID-19 infeksiyasının yeni dalğası Fransa, İspaniya və bütün Avropada başlayıb.
O qeyd edib ki, təlimatlara əməl edərək təhsil müəssisələrini və iqtisadiyyatı qapalı saxlamayacaqlar.
Ümumilikdə Böyük Britaniyada təxminən 386 min koronavirus infeksiyası hadisəsi aşkar edilib, 41,5 mindən çox insan ölüb.