"Evaluate Pharma" son hesabatında bu il dünyada ən çox satış edən dərman firmalarının adlarını açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ilk beşlikdə "Pfizer", "Roche", "Johnson & Johnson", "Sanofi" və "Novartis" liderlik edib. 

Ən yaxşı 10 dərman istehsalçısı arasında isə illik 7% satış ilə "EP", "AstraZeneca" və "Bristol-Myers Squibb" şirkətləri yer alıb.

Təhlillərə görə, dərman firmaları daha çox onkoloji dərman istehsalına böyük sərmayə qoyurlar və satışına görə xərçəng dərmanları ilk onluqda yer alıb. 

 

Əli Ağayev