Böyük Britaniya 2009-cu ildən sonra doğulan insanların siqaret çəkməsinin qarşısını almaq qərarına gəlib.

İqtisadiyyat.az dünya müdiasına istinadən xəbər verir ki, parlamentin təsdiq etdiyi “Siqaretsiz nəsil” qanununa əsasən, 2009-cu il yanvarın 1-dən sonra doğulanlar ömürləri boyu siqaret çəkə bilməyəcəklər.

Qərar siqaretsiz nəsil yaratmaq məqsədi daşısa da, qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisələrə səbəb olub. Parlamentin təsdiq etdiyi qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

Qanun tək siqareti deyil, bütün tütün məmulatlarının satışını qadağan edir. Bildirilib ki, uşaqlara tütün və ya elektron siqaret satanlara 100 funt sterlinq cərimə tətbiq ediləcək.

 

Gözəl Həşimova