Böyük Britaniyada son sutka ərzində 60 916 nəfər koronavirusa yoluxub.
Bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.
Qeyd edilib ki, hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 774 479 nəfərə çatıb.
Son sutka ərzində 830 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 76 305 nəfər olub.