Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Bu barədə İqtisadiyyat.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.