ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 0,24% artaraq, 1 barelə görə 84,66 dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,69% azalaraq, 79,56 dollara bərabər olub.