ABŞ prezidenti Donald Tramp Green Bay şəhərində təşkil etdiyi “Amerikanı yenidən böyük et” mitinqində ABŞ-ın hərbi xərcləri artırması üçün Səudiyyə kralı ilə apardığı danışıqdan bəhs edib.

Ər-Riyadın ABŞ şirkətlərindən etdiyi alış-verişdən söz açan Tramp, Səudiyyə Ərəbistanı çox alış-veriş edir, onları itirmək istəmirəm” deyərək, Səudiyyə monarxiyasına verdiyi dəstəyi təkrarlayıb.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, tərəfdarları qarşısında çıxış edən Tramp, ABŞ şirkətlərindən güclü əməkdaşlığa görə, Səudiyyə hökumətinə daim dəstək olacağını bildirib: “Puldan başqa bir şeyləri yoxdur elə deyilmi? Bizdən çox şey alıblar, 450 milyard dollar həcmində istehlakçımız olublar. Səudiyyə ilə əlaqələri kəsmək istəyənlər var idi, ancaq onları itirmək istəmirəm”.

Bir zənglə 500 milyon dollar

Tramp daha sonra Səudi kralı Salman ilə bir  müddət öncə etdiyi telefon danışığını xatırladaraq, Səudi kralından necə 500 milyon dollar aldığını açıqlayıb: “Bir ölkəni qorumaq üçün hər il 4.5 milyard dollar itiririk və onların da pulu çoxdur. Onlara zəng etdim və bunun düzgün olmadığını dedim. Şok olmuşdualr, çünki 25 ildə belə bir məsələ ilə üzləşməmişdilər. Dedim ki, biz hər il 4.5 milyard dollar pul itiririk və buna davam edə bilməyəcəyik. Kral Salman çox üzüldü və əsəbləşərək bunu haqsızlıq adlandırdı. Mən də bunun haqsızlıq olamdığını dedikdən sonra, 500 milyon daha artıq pul ödəyəcəklərini bildirdi. Mən daha artıq pul istədiyimizi bildirəndə kral ilə mübahisə etdik. Ancaq bizə bir zənglə 500 milyon dollar pul ödədilər, sadəcə bir zənglə bunu bacardıq”.

Kral Salmanın əvvəlki ABŞ liderlərinin belə bir addım atmadığı halda nəyə görə zəng etməsi sualına Tramp, “Çünki onlar axmaq olublar” deyə cavab verib.