Avqustda Avrozonada illik inflyasiya 5,3% təşkil edib ki, bu da iyul ayı ilə eynidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Hesabat dövründə regionda aylıq inflyasiya 0,6% təşkil edib. İnflyasiyanın əsas komponentlərinə nəzər salsaq, illik 9,8%-lə ən yüksək inflyasiya ərzaq məhsullarında müşahidə edilib.

Bu dövrdə inflyasiya Slovakiyada 9,6%, Xorvatiyada 8,5%, Avstriyada 7,6% ,Almaniya və Litvada 6,4%, Sloveniyada 6,1%, Fransada 5,7%, Latviyada 5,6% və İtaliyada 5,5% təşkil edib.

 

Gözəl Həşimova