"Bank Respublika"nın bir sıra əməliyyatlarında yenidən fasilələr yaranacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankdan müştərilərə bildirişlər daxil olub.

Qeyd edilir ki, aprelin 11-12-də gecə saat 00.00-07.00 aralığında aparılacaq profilaktik işlərlə əlaqədar bank xidmətlərinin istifadəsində fasilələr yaranacaq.

Bank müştərilərə əməliyyatları həmin tarixləri nəzərə alaraq həyata keçirməyi xahiş edib.

Xatırladaq ki, daha əvvəl aprelin 5-də gecə saat 01.00-07.00 aralığında texniki işlərlə əlaqədar bank əməliyyatlarında fasilələr yaranıb.