Bu gecə "Bank Respublika" kartları ilə əməliyyatlarda fasilə yaranacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankdan müştərilərə bildirişlər daxil olub.

Qeyd edilir ki, bu gecə saat 01.00-07.00 aralığında prosessinq mərkəzi tərəfindən planlı tenxiki işlər aparılacaq.

"Həmin müddət ərzində bəzi xidmətlər (Möbil Şöbədən keçən kart əməliyyatları, kartlararası köçürmələr, 3D avtorizasiya ilə keçən əməliyyatlar, SMS xəbərdarlıq, ödəniş terminalları ilə karta mədaxillər) 40-60 dəqiqə ərzində əlçatan olmayacaq", - məlumatda vurğulanır.