Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 50% səviyyəsində sabit saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı məlumat yayıb.

"Aylıq inflyasiyanın əsas tendensiyasında iyun ayında əhəmiyyətli dərəcədə azalma qeydə alıb. Pul siyasətinin sərtləşdirməsinin kreditlərə və daxili tələbata təsiri diqqətlə izlənilir. İdarə Heyəti monetar sərtləşdirmənin gecikmiş təsirlərini nəzərə alaraq faiz dərəcəsini sabit saxlamaq qərarına gəlsə də, inflyasiya ilə bağlı yuxarı istiqamətli risklərə qarşı ehtiyatlı mövqeyini təkrarlayıb. Aylıq inflyasiyanın əsas tendensiyasında əhəmiyyətli və daimi azalmaya nail olunana və inflyasiya gözləntiləri proqnoz diapazonuna yaxınlaşana qədər sərt pul siyasəti mövqeyi saxlanılacaq. Əgər inflyasiyanın əhəmiyyətli və daimi pisləşməsi gözlənilsə, pul siyasətinin mövqeyi sərtləşdiriləcək", - bankın məlumatında deyilir.

 

Gözəl Həşimova