Baku Elektronics Mağaza Meneceri (Koordinator, Şəki) vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik etdiyi mağazada vahid standartların, biznes proseslərinin, qayda və  təlimatların və rəhbərliyin tapşırıq və tələblərinin operativ icrasını təmin etmək;
  • Mağazanın ümumi fəaliyyətinə tam nəzarət etmək;
  • Mağazanın işçi heyətinin işinə, mağazanın səliqəliliyə tam nəzarət etmək;
  • Mağazanın performansı ilə bağlı statistika və hesabatları hazırlamaq;
  • Problemli məsələləri vaxtında müvafiq qaydada həll etmək;
  • Satış hədəflərinin komanda üzvləri arasında bölüşdürmək və icrasına nəzarət etmək;
  • Gündəlik satış,əməliyyat,kassa,anbar üzrə əməliyyatların yolxanışını aparmaq və s.

Tələblər:

  • Elektronika mağazasında idarəedici vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Microsoft Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzu olunandır;
  • Komandanın idarə edilməsi təcrübəsi;
  • Satış sahəsinə dair nəzəri və praktik biliklər;
  • Azərbaycan  və rus dillərini mükəmməl bilməli, ingilis dili bilikləri arzu olunandır;

Üstünlüklər:

  • Rəqabət qabiliyyətli əmək haqqı
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
  • Şirkət daxili təlim və inkişaf
  • Karyera irəliləyişi

Vakansiyaya müraciət üçün CV-nizi “ Mağaza Meneceri (Koordinator) – Şəki filialı ”  mövzusu ilə hr@bakuelectronics.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.