Təzə il başlayandan daşınmaz əmlak bazarında bahalaşma müşahidə olunur.

İqtisadiyyat.az xəbər verir ki, paytaxtın mərkəzində sotu 300 min manata torpaq satılır.

Satışa çıxarılan torpaq sahəsi Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin yaxınlığında yerləşir.

Qeyd edək ki, son illər paytaxtda və Abşeron rayonu ərazisində daşınmaz əmlakın qiymətində kəskin artım müşahidə olunur. Şəhərətrafı ərazilərdə nisbətən ucuz qiymətə təklif olunan torpaq sahələri də minimum 5 min manatdan başlayır. Ən baha torpaq sahələri isə mərkəzdə olan ərazilərdə satışa çıxarılır.