Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 6-cı sinfinə bir aydan çoxdur ki, riyaziyyat fənni tədris olunmur.

Bu barədə İqtisadiyyat.az-a qəsəbə sakinləri məlumat verib.

Onlar buna səbəb kimi riyaziyyat fənnini tədris edən müəllimin işdən çıxarılmasını göstərirlər. 

Valideynlər bununla bağlı dəfələrlə məktəb direktoruna müraciət etdiklərini, amma məsələnin həllinin tapılmadığını iddia edirlər.

Onların sözlərinə görə, şagirdlər boş qalmasın deyə məktəbdə riyaziyyat fənninin yerinə ya hərbi fənn tədris olunur, ya da ümumiyyətlə şagirdlər evə buraxılır.

Məsələ ilə bağlı qeyd olunan məktəbə sorğu ünvanladıq. 

Məktəbdən sorğumuza cavab olaraq bildirildi ki, artıq 4 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə yaranan vakansiya üzrə yeni müəllimlə əmək müqaviləsi bağlanılıb.

Sadiq Cavadov