Fövqəladə Hallar Nazirliyi (FHN) yeni avtomobillər sifariş edib.

İqtisadiyyat.az xəbər verir ki, nazirlik bir ədəd “Hyundai Elantra”, yeddi ədəd "Hyundai Sonata" markalı avtomobil alır.

Avtomobilləri FHN-ə "Auto Azərbaycan" şirkəti təhvil verəcək.

Şirkətlə nazirlik arasında 418 800 manatlıq alqı-satqı müqaviləsi imzalanıb.