Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı, Abşeron və Sumqayıt ərazisində avtobusların İdarəetmə sistemi üçün on iki aylıq texniki dəstək xidmətlərinin satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Smartech System" şirkəti olub.

Şirkət qeyd olunan ərazilərdə sərnişin daşımaları həyata keçirən avtobuslarda quraşdırılmış nəğdsiz ödəniş sisteminə inteqrasiya olunmuş avadanlıqların, köməkçi qurğuların və kommunikasiya xətlərinin bir illik fasiləsiz va dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətləri göstərəcək.

Bu xidmətlə əlaqədar AYNA sözügedən şirkətə 2,6 milyon manatdan çox vəsait ödəyəcək.