Azərbaycanda elektromobillərə tələbat artıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artıb.

Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınıb.

Qeyd edək ki, Azərbaycanda yaxın vaxtlarda "Aİ-92" markalı benzin və dizelin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Buna səbəb kimi isə daxili bazarda elektromobillərə keçidi sürətləndirmək göstərilir.