"Azərbaycandan olan şirkət Jeleznovodsk bölgəsində üç sanatoriyanın tikintisinə 9 milyard rubl sərmayə qoymağı planlaşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə kurortun rəhbəri Yevgeni Bakulin XII Rusiya-Azərbaycan regionlararası forumunda bildirib.

Onun sözlərinə görə, şəhərdə üç sanatoriyanın tikintisi nəzərdə tutulur:

"Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard təşkil edəcək. 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub".

 

Gözəl Həşimova