Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 13 milyard 785 milyon 636 min dollar dəyərində 22,2 milyon ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanın neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3,3 milyard dollar, həcm baxımından isə 1,8% azdır.

Əlavə edək ki, neft ixracının ümumi ixracda payı 46,98 % təşkil edib.

 

Gözəl Həşimova