Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 19,2 milyard ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % azdır.

Cari ilin 9 ayı ərzində Azərbaycanın Aİ ölkələrinə ixracı 16,9 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 12,7% azdır. Hesabat dövründə Azərbaycanın Aİ ölkələrindən idxalı 2,3 milyard dollar dəyərində olub. Bu da illik müqayisədə 40 % çoxdur.

 

Gözəl Həşimova