Azərbaycanda pul bazasının həcmi açıqlanıb.

İqtisadiyyat.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2019-cu il may ayının 31-nə pul bazası 10 mlrd. 172,4mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 768 mln. manat və ya 21% çoxdur.

Mayda Azərbaycanda pul bazası 677,3 mln. manat və ya 7,13% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.