2024-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artaraq 942,4 manat təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3386,8 manat, qeyri neft-qaz sektorunda 896,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 896,8 manat, özəl müəssisələrdə isə 993,0 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur. 

2024-cü ilin yanvar ayında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)  

İqtisadi fəaliyyət növləri

Cəmi

o cümlədən

dövlət

qeyridövlət

Ölkə üzrə – cəmi

942,4

896,8

993,0

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

529,0

493,6

556,5

Mədənçıxarma sənayesi 

3 241,1

2 165,2

3 824,6

Emal sənayesi

877,8

1 245,7

822,0

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

1 052,3

1 046,9

1 392,7

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

713,7

672,4

1 093,2

Tikinti

1 045,4

962,6

1 069,7

Ticarət; nəqliyyat vasitələrinin təmiri

660,0

910,3

658,1

Nəqliyyat və anbar təsərrüfatı

1 285,6

1 345,9

1 205,9

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

734,4

1 484,1

704,0

İnformasiya və rabitə

1 720,1

1 346,8

2 009,1

Maliyyə və sığorta fəaliyyəti

2 289,5

2 713,2

2 183,2

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

938,9

996,4

917,3

Peşə, elmi və texniki fəaliyyət

1 524,5

937,1

2 096,1

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

610,8

562,5

738,1

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

1 194,4

1 230,6

457,6

Təhsil

743,5

735,8

904,2

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

826,5

849,9

714,6

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

711,2

668,7

1 103,8

Digər sahələrdə xidmətlərin göstərilməsi

1 033,8

1 211,8

981,9