Güney Azərbaycandan olan həkim, fizioterapevt-mütəxəssis dr. Seyed Mohammad Moeinifardın Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı məhkəməyə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi məhkəməyə müraciət edərək həkimin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edib. 

İş hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq və müraciətlə əlaqədar yanvarın 22-də məhkəmə baxışı təyin edilib.

Əgər məhkəmə dövlət qurumunun müraciətini təmin etsə, həkimin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, fizioterapevt-mütəxəssis dr. Seyed Mohammad Moeinifard bir müddətdir Azərbaycanda tibbi fəaliyyətlə məşğul olub.