Azərbaycanda manatla pul bazasının həcmi 2019-cu ilin iyun ayının 1-nə 10 172,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,768 mln. manat və ya 21% artıb. Cari ilin əvvəlindən manatla pul bazasının həcmi 1 463,2 mln. manat və ya 16,8%, son bir ayda isə 677,3 mln. manat və ya 7,1% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və Mərkəzi Bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.