Artıq uzun müddətdir ki, avtomobil brendləri arasında özünə yer tutan “Wolkswagen”nin istehsalında ciddi problemlər yaranıb. Brendin etibarını sarsıdan acınacaqlı vəziyyət Azərbaycandan da yan keçməyib. Belə ki, bu markadan zərərçəkən şəxslər - vəkil Tural Şükürov, Zeynalov Samir Rail oğlu və Məmmədova Leyla Asəf qızı “Wolkswagen Passat” avtomobilləri ilə bağlı İqtisadiyyat.Az-a şikayət məktubu göndəriblər. Sözgüdən modelin 2011 və 2012-ci il buraxılışları mühərrikinin həddənartıq yağ istehlak etməsi ciddi narazılığa səbəb olub. Məlumata görə, həmin ildə salondan aldıqları sıfır kilometr avtomobillər 2 il normal istifadə olunmasına baxmayaraq, yağ istehlakında ziyan verməyə başlayıb. Avtomobilin alıcıları isə maşının istehsalı zamanı mühərrikin problemli olduğunu əsas gətirərək aldıqları avtomobilin ya yenisi ilə əvəz olunmasını, ya da problemin aradan qaldırılmasını tələb ediblər.Zərərçəkənlərdən vəkil Tural Şükürov bildirdi ki,bununla bağlı “Wolkswagen”in Bakıdakı dillerinə məlumat verilsə də, heç bir nəticəsi olmayıb. Yaranan məsuliyyətsizliyə görə avtomobil istifadəçiləri Yasamal rayon məhkəməsinə müraciət ediblər, məhkəmə prosesi isə 2 aya yaxındır ki, davam edir.

“Bir ildən artıqdır ki, “Wolkswagen”in Bakıdakı rəsmi dillerinə müraciət etmişik. Ancaq müraciətimizə ürəkaçan cavab verilmədi və problemimiz həllini tapmadı. Nəyə görə salondan təzə aldığımızı avtomobildə zavodun hansısa problemi olmalıdır? Xarici ölkələrdə bu tipli hallar baş verən kimi, istehsalçı tərəfindən həmin avtomobillər yenisi ilə əvəz olunur. Bizim şikayətimizin hədəfi ümumilikdə zavoddur”.

Məsələ ilə əlaqədar “Wolkswagen”in Bakı nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəliyin marketinq və kommunikasiyalar şöbəsindən bildirildi ki, həmin avtomobillərə 3 il və ya 100 min kilometr zəmanət verilir. Onlardan biri təyin olunan zəmanəti keçərsə, avtomobilin təmiri və.s kimi xidmətlər ödənişli olur. Lakin buna baxmayaraq problem araşdırılır.

 

Mehman Nəbiyev