Cari ilin yanvar-may aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 14 milyard 449 milyon 253 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən azərtac-a verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi həcminin 5 milyard 834 milyon 150 min dolları idxalın, 8 milyard 615 milyon 103 min dolları isə ixracın payına düşüb.