Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 52 mənzil alıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) ötən ay üzrə mənzil satışı statistikasını açıqlayıb.

Hesabat dövründə Türkiyədə mənzil satışları illik müqayisədə 17,8% azalaraq 80 min 308-ə enib.

Mənzil satışlarında İstanbul 13 min 423 satış və 16,7% payla birinci olub.

Ötən ay Türkiyədə ən çox mənzil alanlar Rusiya (555 mənzil), İran (208 mənzil) və Ukrayna (127) vətandaşlarıdır.

 

Gözəl Həşimova