Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Ceyhun Bayramov və Peter Siyarto bu gün Bakıda keçirilən Strateji Dialoqun ikinci iclasının yekunlarına dair protokol imzalayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

***

13.05

İqtisadiyyat Nazirliyində Dünya İqlim Fondu ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üzrə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir müavini Sahib Məmmədov Fondun icraçı direktoru Yens Nilson ilə görüşüb. Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verdiyi önəmin göstəricisi olduğu vurğulanıb. COP29 çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın diqqət mərkəzində olduğu bildirilib, ölkəmizdə “yaşıl” enerjinin təşviqi, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərildiyi qeyd edilib.

Görüşdə Fondla gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunub.