Ötən ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 604 min barel olub.

İqtisadiyyat.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, qeyd olunan həcmin 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Beləliklə, Azərbaycan dekabr ayında "OPEC+" çərçivəsində kvotasından 202 min barel geridə qalıb.

Qeyd olunur ki, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.