Azərbaycan və Səudiyyə Ərəbistanı arasında investisiyaların təşviqi, bərpaolunan enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.

“Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibi ilə ölkələrimizin iqtisadi əlaqələrinin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, bərpaolunan enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq”, - deyə Mikayıl Cabbarov bildirib.