"Ayaks" Hollandiya Erediviziyasının 22-ci həftəsində "Sparta Rotterdam"ı 4:0 hesabı ilə məğlub edərkən, matçın son qolunu vuran qanalı futbolçu Məhəmməd Kudus zəlzələdə həyatını itirən "Hatayspor"lu Kristian Atsunu yad edib.

İqtisadiyyat.az xəbər verir ki, son qolun müəllifi olan Kudus qoldan sonra köynəyini çıxararaq köynəyinin üzərindəki “Hüzur içində yat,Atsu” yazısını göstərərək Kristian Atsunu yad edib.