Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, 6 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 472,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (493 dollar) ilə müqayisədə 4,1% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.