"Atasığorta" ASC-in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.Az xəbər verir ki, yığıncaq dekabrın 19-da, saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2020-ci il üzrə büdcə, sığorta ödənişləri və sığorta haqqı yığımları proqnozu layihəsinin təsdiqlənməsi məsələsi daxildir.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.(Finans)