"Araz Supermarket"in filiallarının birində pos-terminallarda texniki problem yaranıb.

Bu barədə İqtisadiyyat.az-a müştərilər məlumat verib.

Qeyd edilib ki, marketlər şəbəkəsinin Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən filialında pos-terminallarda yaranmış problemə görə hazırda nağdsız alış-veriş dayandırılıb.

Filialdan bildirilib ki, problem təkcə Əliəşrəf Əlizadə küçəsindəki marketdə deyil, şəbəkənin digər ünvanlarında da yaşanmaqdadır.

Marketlər şəbəkəsindən isə İqtisadiyyat.az-a bildirilib ki, digər filiallarda pos-terminallarla bağlı hər hansı problem qeydə alınmayıb və nağdsız ödənişlə də alış-veriş etmək mümkündür.

Həmçinin qeyd olunub ki, sözügedən filialda pos-terminallarda yaranmış problem də aradan qaldırılır.