Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərnişindaşıma avtomobillərinin satınalınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
İqtisadiyyat.az xəbər verir ki, tenderin nəticələrinə görə "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib olub.
Agentlik alqı-satqı ilə bağlı şirkətlə dəyəri 741 300 manat olan müqavilə bağlayıb. Müqaviləyə əsasən "Yenimotor" şirkəti Agentliyə 7 mikroavtobus satacaq. Mikroavtobusların hər birinin qiyməti 105 900 manat məbləğində dəyərləndirilib.
Tələblər isə ondan ibarətdir ki, sifariş verilən mikroavtobusların buraxılış ili minimum 2023-cü il, yürüşü 0 km, oturacaqlarının sayı 17+1 olmalıdır.