Gəncə Dövlət Universiteti (GDU) full komplentasiyalı xidməti avtomobil alır.
İqtisadiyyat.az xəbər verir ki, universitet avtomobilin satın alınması ilə “Lexus-Bakı” MMC ilə müqavilə bağlayıb.
Ali təhsil müəssisəsi avtomobil üçün şirkətə 117 300 manat ödəyəcək.
Sifariş edilən sedan tipli nəqliyyat vasitəsi üçün ali məktəbin qoyduğu əsas tələb ondan ibarətdir ki, avtomobilin istehsal 2024-cü il olmalıdır.
Full komplentasiyalı nəqliyyat vasitəsinin rektor üçün xidməti avtomobil kimi nəzərdə tutulduğu ehtimal olunur.
Qeyd edək ki, hazırda GDU-nun rektoru kimya elmləri doktoru, professor Yusif Yusibovdur. 73 yaşlı Y.Yusibov 2014-cü ildən rektor vəzifəsində çalışır. O, daha əvvəllər isə universitetdə prorektor işləyib.