İşdən çıxarılan əməkdaşı “Asterias Təlim və İnkişaf Mərkəzi” məhkəməyə verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsinə müraciət daxil olub.
Belə ki, Amani Şəmsiyyə Abidin qızı məhkəməyə ərizə ilə müraciət edərək “Asterias Təlim və İnkişaf Mərkəzi”ndən haqsız yerə işdən çıxarıldığını bildirib.
O, şirkətə qarşı qaldırdığı iddiada işə bərpa olunması və işdən çıxarıldığı müddət üçün əmək haqqı tələbini irəli sürüb.
Onun iddiası hakim Nail Abbasovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Asterias Təlim və İnkişaf Mərkəzi” tələbələr və gənclər üçün nəzərdə tutulmuş inkişaf və təlim mərkəzidir.