Rumıniya və ABŞ hərbçiləri Moldovada "JCET-2024" çoxmillətli təlimində iştirak edirlər.

İqtisadiyyat.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə, təlimlərin məqsədi Moldova, Rumıniya və Amerika xüsusi təyinatlıları arasında birgə təlim və təcrübə mübadiləsi, habelə iştirakçı kontingentlər arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasıdır.

Hərbçilər poliqonda paraşütlə tullanmalar həyata keçirəcək, həmçinin təkmil döyüş atışları hazırlığı təşkil edəcəklər.

Təlimlər aprelin 1-dən 19-dək davam edəcək.