Bloomberg agentliyinin araşdırdığı və rus media orqanı Sputnikdə yer alan xəbərə görə, amerikalı iqtisadçı Samuel Willamson uzun araşdırmalardan sonra tarixin ən zəngin insanının adını açıqlayıb. Belə ki, müasir tarixin ən varlı adamı Amazon şirkətinin qurucusu Jeff Bezos olsa da, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşayan Rokfeller ailəsinin babası Con Devidson Rokfellerin 3 dəfə daha çox sərvətə sahib olması üzə çıxıb.

Açıqlamaya görə, ABŞ-ın ilk milyarderi olan Rokfellerin 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşadığı dövrdə 1.5 mlrd dollar(indiki dövr üçün 26 mlrd dollar) pulu olduğu qeyd olunub. Həmçinin o da bildirilir ki, Rokfeller öldüyü zaman əlində olan sərvəti ABŞ-ın o dövr üçün bütün ümumdaxili məhsulunun 1.6 faizinə barəbər olub.