1970-ci illərdə dəbdə olan "Nike Cortez" idman ayaqqabıları məşhurlar sayəsində yenidən trendə çevrilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Vogue” jurnalının məlumatında deyilir.

Məlumata görə, bir çox ulduzlar minimalist üslubda düz dabanlı və şirkət loqosu olan idman ayaqqabılarını qarderoblarına daxil ediblər.

Sözügedən model ilk dəfə 1972-ci ildə Münhendə keçirilən Yay Olimpiya Oyunları zamanı təqdim edilib və sonrakı onilliklərdə diqqəti cəlb edib.

 

Gözəl Həşimova