Fransa yığmasının 25 yaşlı hücumçusu Kilyan Mbappe AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Polşa yığmasına qarşı keçiriləcək oyunda iştirak edəcək.

İqtisadiyyat.az xəbər verir ki, matç iyunun 25-də baş tutacaq.

İlk turda Avstriya yığması ilə qarşılaşmada (1:0) burnundan zədə alan Mbappe ikinci turun Hollandiya yığması ilə görüşündə (0:0) iştirak etməyib. Mbappe meydana qoruyucu maska ilə daxil olacaq.

D qrupunda Hollandiya və Fransanın hərəyə 4, Avstriyanın 3 xalı var. İki məğlubiyyətdən sonra Polşa pley-offa çıxmaq imkanından məhrum olub.