"Neftçi" klubu 2024/2025 mövsümü üçün yeni formalarını ictimaiyyətə təqdim edib.

"Operativ Media" xəbər verir ki, ev oyunları üçün nəzərdə tutulmuş yeni forma klubun 1976-1977-ci illərə aid retro formasından ilhamlanaraq hazırlanıb. İstehsalçı firma tərəfindən xüsusi olaraq “Neftçi” üçün dizayn edilən forma ağ köynək və qara şortdan ibarətdir. Müasirləşdirilən yeni dizaynı ilə köklərə bağlılıq konsepsiyasına sadiq qalınıb.